Topaz Premyer Liqasının VIII turunun açılış oyununda “Sumqayıt” “Neftçi”ni qəbul etdi. Oyun qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov matç haqqında bu fikirləri səsləndirib:
“Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt” ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük. Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, Flavinyo ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.