Bu gün “Neftçi”nin klubdaxili iclası keçirilib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda rəhbərliyi və məşqçilər heyətinin iştirakı ilə baş tutmuş toplantıda “Sumqayıt” – “Neftçi” oyununda intizamsız davranışa yol verən futbolçu Araz Abdullayevin cəzalandırılması ilə bağlı qərar qəbul edilib. Klubdaxili nizam-intizam qaydalarını pozan yarımmüdafiəçi baş məqşçi Arif Əsədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.
Bu gün keçirilmiş məşqdən öncə Araz Abdullayevin cəzalandırılması ilə bağlı komanda üzvlərinə və futbolçulara məlumat verilib.