“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Dnepr” Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Dnepropetrovski təmsilçisi öz meydanında “Çernomorets”lə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib..
“Dnepr” bu qələbədən sonra xalını 25-ə çatdırıb və liderliyə yüksəlib.
19 oktyabr
Ukrayna Premyer Liqası, 9-cu tur
21:30. “Dnepr” – “Çernomorets” – 2:1
Qollar: Bobko, 29 (0:1), Kaliniç, 37 (1:1), Kutas, 66-avtoqol (2:1)