Avropa Liqasının qrup mərhələsində “Dnepr”lə qarşılaşacaq “Qarabağ” bu gün paytaxtda son məşqinə çıxacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi sabah Ukraynaya yola düşəcək.
Oktyabrın 23-də keçiriləcək oyunda “Qarabağ”ı 500-ə yaxın azarkeşin dəstəkləməsi gözlənilir.