22 Dekabr 2024
Kateqoriyasız

“Lokomotiv”in məşqçisi: “Çətinliklər, problemlər var”

Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Lokomotiv”i məğlub edən MOİK növbəti mərhələyə yüksəldi.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Lokomotiv”in məşqçisi İlqar Hüseynov bu fikirləri səsləndirib:

“İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu. İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq.  Çətinliklər, problemlər var. Biz bunu aradan qaldırmalıyıq. MOİK-ə isə “Qarabağ”la oyunda uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43