Topaz Premyer Liqasının IX turunda AZAL öz meydanında “Bakı”ya 0-1 hesabı ilə uduzdu. Oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov düşüncələrini bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov görüşdən sonra bu fikirləri səsləndirib:
“Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim. Özüm bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım. Mən özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.