22 Dekabr 2024
Ölkə futbolu

Mövsümün 100-cü qolunun müəllifi “Qarabağ”ın yeni transferi oldu

Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub.

İdmanxeber.com-un məlumatına görə, IX turun startına qədər 89 qolun vurulduğu çempionatın yubiley topu I dövrənin son matçına təsadüf edib. Turun 11-ci qolu, mövsümdə 100-cü olub. Bu isə “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə baş verib. Görüşdəki 2-ci top yubiley xarakteri daşıyıb. 29-cu dəqiqədə dublunu rəsmiləşdirən İnnosent Emeqara həm “Qarabağ”ın qələbəsində pay sahibi olub, həm də mövsümün 100-cü qolunun müəllifi kimi tarixə düşüb. Ümumilikdə isə IX turda 14 qol qeydə alınıb. Bununla da 2 oyunu təxirə salınan, 1 görüşünün nəticəsi ləğv edilən dövrənin 42 qarşılaşmasında 103 dəfə top qapıdan keçib. Orta məhsuldarlıq 2,45-ə bərabər olub. Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43