22 Dekabr 2024
Dünya futbolu

Azərbaycan Premyer Liqasında mövsümün ilk het-triki

2014/15 mövsümündə ilk het-trik qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, “Araz-Naxçıvan”la qarşılaşmada “Simurq”un 3 qoluna imza atan Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə düşüb. İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb. Rəşad “Simurq”un heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər Vladimir Mazyar bunu bacarmışdı. Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07 mövsümündə “Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner 2007-ci il mayın 12-də “Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla töhfə vermişdi. “Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra qeydə alındı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43