“Xəzər Lənkəran” rəhbərliyi yeni mövsümün startından bu yana futbolçulara hər oyunda qazanılan xal və ya xallara görə pul mükafatı vermir.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun rəhbərliyi komanda qarşısına müəyyən öhdəliklər qoyub. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi bu öhdəliklərin nədən ibarət olduğunu açıqlamayıb. Lakin futbolçuların qaşısına qoyulan öhdəliklərin nədən ibarət olduğunu təxmin etmək olar.
Böyük ehtimalla klub rəhbərliyi futbolçulara “premya”nı dövrələr üzrə verəcək. Yəni, Lənkəran klubunun futbolçuları qarşılarına qoyulan öhdəlikləri hər dövrədə yerinə yetirə bilsə elə həmin dövrə sonu da pul mükafatına sahib çıxacaqlar. Əks təqdirdə futbolçular mükafatsız qalacaqlar.