Topaz Premyer Liqasının son turunda doğma arenada “Qəbələ”yə məğlub olan “Araz Naxçıvan”da daha bir istefa baş tutub.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra istefa verdiyini bildirən icraçı direktor Orxan Cabbarovun ərizəsinə baxılıb.
Bu gün rəhbərlik tərəfindən ərizəyə cavab verilib və Orxan Cabbarovun istefa ərizəsi qəbul edilib. (klub saytı)