“Neftçi” ilə oyuna ciddi hazırlaşmışdıq. Ancaq istədiyimiz nəticəni qazana bilmədik. Biz əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Əvəzində “Neftçi” bütün şanslarından yararlandı və qalib gəldi. Biz həmin oyunda azı 1 xal qazanmalı idik. Bizim bəxtimiz gətirmədi“.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı”nın futbolçusu Nurlan Novruzov deyib.
Hazrda bopmbardirlər siyahısında 5 qolla ikinci olan hücumçu cəza səbəbindən “Qəbələ” ilə oyunu buraxacaq.
Novruzov geridə qalan turlarda göstərdiyi oyunla milli komandaya dəvət alacağına ümidlidi:
“Bu mövsüm iddialarım böyükdü. Çoxlu qol vurub bombardir olmaq istəyirəm. Milliyə dəvət olunub-olunmayacağıma gəlincə…. Milli komandada oynamaq şərəfdi. Məni də çağırsalar can-başla çıxış edərəm. Nə vaxt layiq bilsələr o zaman bu formanı tərlədəcəm”.