Topaz Premyer Liqasının debütantı “Araz Naxçıvan” XI turda “Qarabağ”ın qonağı oldu. Naxçıvan təmsilçisi bu oyunda son çempiona 0-4 hesabı ilə uduzdu.
İdmanxeber.com-un məlumatına görə, “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev məğlub olduğları mtçı belə şərh edib:
“Danışmalı bir şey yoxdur. “Qarabağ” bütün hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır”.