Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” Ukrayna çempionatının 10-cu turunda Kiyev “Dinamo”sunu qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, cari mövsümdə keçirdiyi 9 oyunda məğlub olmayan Dnepropetrovski təmsilçisi “Dinamo”nu məğlub edəcəyi təqdirdə liderliyini daha da möhkəmləndirəcəkdi. Lakin “Qarabağ”ın rəqibi öz meydanında Kiyev klubuna böyükhesabla məğlub olub – 0:3. Bu yenilgidən sonra “Dnepr” ikinci pilləyə yuvarlanıb.
Qeyd edək ki, “Dnepr” noyabrın 6-da Bakıda “Qarabağ”ın qonağı olacaq.