21 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi”yə müraciət etdi: “Böyük oyun” Bakıda keçirilə bilər

Premyer Liqanın XIII turu çərçivəsində Lənkəranda keçirilməli olan "Xəzər Lənkəran" – "Neftçi" oyunu Bakıda baş tuta bilər.

İdmanxeber.com-un məlumatına görə, "Böyük oyun"un paytaxtda keçirilməsinə səbəb "Fırtınalar meydanı"nın ot örtüyüdü.

Belə ki, Cənub klubu oyunun Bakıda keçirilməsi üçün “Neftçi”yə müraciət edib. Müraciətdə meydan sahibi rolunda “Neftçi”nin çıxış etməsi istənilib.

Qeyd edək ki, bu komandalar arasındakı birinci dövrədəki ilk oyunda meydan sahibi tərəf “Neftçi” olub. Əgər paytaxt təmsilçisi “Xəzər Lənkəran”ın müraciətinə müsbət cavab verərsə, bu halda növbəti oyunda da meydan sahibi olacaq.

Ona görə də Premyer Liqanın 3 və 4-cü dövrəsində bu komandalar arasındakı görüşlərdə “Neftçi” qonaq qismində çıxış edəcək və hər iki oyun Lənkəranda keçiriləcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43