22 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin lotuları iş başında: Biləcəridəki oyunda yumruqlanan futbolçu danışdı (VİDEO)

Premyer Liqada yaranan fasilədən istifadə edən "Nefçi" və "Bakı" klubları yoxlama oyununda üz-üzə gəliblər.

İdmanxeber.com-un məlumatına görə, Biləcəridə baş tutan və "Bakı"nın böyükhesablı qələbəsi ilə yekunlaşan oyun qalmaqalsız ötüşməyib. Belə ki, matçın ilk hissəsinin sonlarına yaxın "Neftçi"nin müdafiəçisi Erik Ramos "Bakı"nın futbolçusu Nurlan Novruzovu yumruqla vurub.

"Neftçi"nin qoçu futbolçusu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Ramosun dirsək zərbəsi ilə yerdə qalan Novruzov idmanxeber.com-a açıqlamasında həmin anı belə şərh etdi:

"Ramos qapıçımızın qarşısında duraraq, ona mane olurdu. Məndə ona mane olmaq istədim. O da hirslənib məni vurdu. Normal hərəkət deyil. Ancaq futbolda belə hallar olur".

Sonda onu da qeyd edək ki,"Neftçi" klubunun rəhbərliyinin futbolçunu bu hərəkətinə görə cəzalandıracağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43