Azərbaycan Premyer Liqasının XII turunda keçirilən AZAL – “Qəbələ” qarşılaşması məhsuldar heç-heçə ilə başa çatıb – 3:3.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, 3 və daha artıq qol vuran komandaların heç-heçə etməsinə isə cari mövsümdə ilk dəfə təsadüf olunub. Azərbaycan çempionatları tarixində 11-ci dəfədir ki, 6 və daha çox olun vurulduğu matç heç-heçə nəticələnir. Belə ki, bunadək 10 dəfə belə hal yaşanıb. Mütləq rekord isə 1998/99 mövsümündə 12 qollu “Viləş” (Masallı) – “Turan” (Tovuz) qarşılaşmasına məxsusdur – 6:6. Bir dəfə 4:4, doqquz dəfə 3:3 hesabı yaşanıb.
Maraqlıdır ki, sonuncu belə hadisə də AZAL-ın iştirakı ilə baş tutub. 5 il öncə “Olimpik-Şüvəlan” adını daşıyan bakılılar “Turan”la ev oyununda 3 qol vurub, 1 xal qazanıb.