“Forbes” jurnalı dünyada ən çox qazanan idmançıların adını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, ilk sırada Messi, Ronaldo və Libron Cemys kimi ulduzları geridə qoyan boksçu Flayd Mayvither yer alıb. Boksçunun illik gəliri 105 mln dollar təşkil edir. “Real”ın super-ulduzu Ronaldo 80 mln dollar qazancı ilə ikinci yerdə qərarlaşır. İllik 72 mln 300 min dollar qazanan NBA-nın ulduzu Libron Cemys ilk üçlüyü tamamlayır. Lionel Messi isə 64 mln 700 min dollar gəliri ilə dördüncü yerin sahibidir.