21 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” “Dalğa Arena”nı mühasirəyə alır: 400 polis “Böyük oyun”da iş başında olacaq

Premyer Liqanın 13-cü turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” komandaları arasındakı “Böyük oyun”un asayişini 400-dən çox polis qoruyacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, nominal meydan sahibi kimi Mərdəkandakı arenada meydana çıxacaq “Xəzər Lənkəran” prinsipial matç öncəsi işini tədbirli tutmaq istəyir. “Neftçi”nin hər hansı bir azarkeşinin stadiona daxil olmaması üçün mühafizə gücləndirilmiş iş rejimində olacaq. 

Qarşılaşmanın İdman Azərbaycanda canlı yayımlanmayacağı da dəqiqləşib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43