Hal- hazırda davam edən “Xəzər Lənkəran” – “Neftçi” matçında gərgin anlar yaşanır.
İdmanxeber.com-un məlumatına görə, oyunun ilk dəqiqələrində “Neftçi”nin qolkiperi Emil Balayev cərimə meydançasından qırağda əllə oynadığına görə meydandan qovulub. İlk hissənin sonlarında isə “Xəzər Lənkəran”ın futbolçusu Tounkaranın Flavinyoya qarşı etdiyi kobudluq aranı qarışdırıb. Baş hakim Elvin Əsgərov Tounkaraya qırmızı vərəqə göstərərək futbolçunu meydandan qovub.
Qeyd edək ki, matçda 2-1 hesabı ilə “Xəzər Lənkəran” öndədir.