“Xəzər Lənkəran”da yenidən ulduzu parlayan Qalin İvanov Bolqarıstan klublarının hədəfinə düşüb.
İdmanxeber.com-a klubdan verilən məlumatına görə, lakin Cənub komandası ölkəsinin bir neçə klubunun maraq dairəsində olan yarımmüdafiəçini buraxmaq niyyətində deyil. Klubun mətbuat xidmətindən bildirilib ki, İvanovla hələ 2 illik müqavilə var.
Qeyd edək ki, İvanov XL-ə bu ilin yayəında keçib. O, meydana çıxdığı 13 ounda 3 dəfə rəqib qapılarına yol tapıb.