“Xəzər Lənkəran” Premyer Liqanın XV turunda qarşılaşacağı “Qəbələ” ilə matça hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Lənkəran təmsilçisi dünən saat 11:00-da “Bayıl Arena”da 2 günlük aradan sonra məşqə çıxıb.
Zədəlilərdən Skarlatake fərdi məşqlə kifayətlənib. Rauf Əliyev isə müalicəsini davam etdirir.