Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” sözügedən matçın hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Lənkəran təmsilçisi gündə bir dəfə olmaqla “Bayıl Arena”da məşq keçir.
Uzun müddətdir ki, zədədən əziyyət çəkən Adrian Skarlatake yenidən sıradan çıxıb. Belə ki, yenicə məşqlərə qoşulmaqla kollektivi sevindirən rumıniyalı müdafiəçi hazırlıq zamanı yenidən zədələnib və təcili xəstəxanaya aparılıb.
Təcrübəli futbolçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.