"Yaxşı çıxış edə bilmədik. "Bakı" gözəl oyunlardan birini göstərdi. Elə çox da imkanlarımız olmadı. Bu da "Bakı"nın güclü komanda olmasından irəli gəlir ki, bizə heç bir şans vermədilər".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılov deyib.
Cənub klubunun futbolçusu "zolaqlılar"la oyunda qeydə alınan 0:0-lıq heç-heçəni dəyərləndirərkən, daha sonra sözlərinə belə davam edib:
"Qarşıdan "Qarabağ"la oyun gəlir. İnanıram ki, bu oyundakı kimi olmayacaq. Onlarla oyun daha maraqlı və rahat olar".
İsmayılov daha sonra "Xəzər Lənkəran"ın futbolçulara maaaşlarını vaxtı-vaxtında vermədiyi ilə bağlı yayılan iddialara belə cavab verib:
"Bu boş söhbətdi. Bir-iki ay gecikmə olar. Bu da hər yerdə olan bir şeydi. Sıxıntılar ola bilər, amma ciddi bir problem yoxdu".
Vüsal Mirzəyev