Ölkə futbolu

“Qəbələ”nin məşqçisi: “Qarabağ”a qarşı oynamaq çətindir”

Topaz Premyer Liqasının XVI turu “Qəbələ” üçün uğurlu oldu. Belə ki, “Qəbələ” son çempion “Qarabağ”ı 2-1 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin məşqçisi Sənan Qurbanov oyundan sonra bunları deyib:

“İlk növbədə “Qarabağ”ı Avropa Liqasındakı uğurlarına görə təbrik edirəm.  Çempiona qarşı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, oyunçular xarakter göstərdilər. “Qarabağ”a qarşı oynamaq çətindir. Futbolçulara təşəkkür edirəm ki, xarakter göstərdilər. Komandamız 6-cı yerə layiq deyil. Biz oyunla bunu bir daha göstərdik. Daha da irəli getmək lazımdır. Məşq prosesində dəyişiklik etdik. Psixoloji gərginlik olduğu üçün məşqləri daha əyləncəli etdik. Eyni zamanda, futbolçularda özünəinam hissini qaytardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43