“Sumqayıt” klubu müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə müqaviləni yeniləyib.
İdmanxeber.com klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsümün yekununda sözləşməsi bitəcək futbolçu ilə daha 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bəxtiyar geridə qalan 16 turun 15 oyununda iştirak edib. O, 15 qarşılaşmada ümumilikdə 1021 dəqiqə meydanda olub.