Müsahibə

“Hər kəsə Qarabağsızlığı başa salmaq istədik” – MÜSAHİBƏ

Saytımızda keçirilən “2014-cü ilin ən yaxşı fan-klubu” sorğusunun qalibi olan “Qarabağsız Gənclər” qrupunun təşkilat komitəsinin başçısı Mehman Cabbarovun müsahibəsi.

– İlk öncə bu uğur münasibəti ilə təbrik edirik. Bu barədə fikirlərinizi bilmək istəyərdik.

Sorğuda iştirak edən fan-klublar arasında ən gənci biz idik. Təcrübəyə, peşəkarlığa qalsa onlar bizdən daha irəlidə idi. İnanımız yox idi qalib gələrik. Amma sağ olsunlar bizə dəstək olanlar və fan-klubumuzun üzvləri, əl-ələ verib qalib gəldik.

– Hamımızın bildiyi kimi “Qarabağsız Gənclər” fan-klubu yeni yaranıb. Fan-klubun yaradılmasında əsas məqsədiniz nə idi. Digər fan-klublardan nə ilə fərqlənməyi düşünürdüz?

Yaranmağımızın əsas səbəbi fan-klubumuzun rəhbəri Xanoğlan İmanov olub. Dostlarla yeni fan-klub yaratmaq fikrinə gəldik. Biz qrupu yaratmaqla çox şeyləri tribunamıza aşılamaq istəyirdik. Təhqirdən, söyüşdən uzaq olmaq və dostlarımıza, tanışlarımıza Qarabağsızlığı başa salmaq, həm torpağ sevgisini, həm də futbol sevgisini artırmaq istədik və “Qarabağsız Gənclər” adını seçdik. Biz bütün fan-klublarla tribunada 90 dəqiqə rəqibik, ondan sonra isə qardaşıq.

– 2014-cü il fan-klubunuz üçün nə ilə yadda qaldı?

Ən yadda qalan hadisələrdən biri “İdmanxeber.com” saytında keçirilən sorğuda birinci olmağımız oldu. Açdığımız pankartlar və futbolçuların bizə səmimi olması da yaddaşımızda qaldı.

– Bəs “Qarabağ” klubundan razısınızmı?

Klubdan bir şikayətimiz yoxdu. Sağolsunlar, rəhbərlik, futbolçular çox səmimidirlər bizimlə…

– Klubdan maliyə dəstəyi alırsınızmı?

Yox, biz heç kimdən maliyə dəstəyi almırıq. Özümüz özümüzü maliyələşdiririk.

– “Qarabağ”ın Avroliqadakı “İnter”lə son oyunu barədə fikirləriniz necədir?

Nəfəslərin durduğu an idi. Sevincimiz və kədərimiz eyni anda oldu. “İnter”i udmağı gözləmirdik, amma udduq, sayılmadı. Bu da bir daha göstərdi ki, torpağa olan haqsızlıq oyunda da oldu. “Qarabağ”ın haqqı yenə yeyildi.

– 2015-ci ildə “Qarabağsız Gənclər”dən nə gözləyək?

Bir çox layihələrimiz var. İnşallah alındıra bilsək tarixə düşə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43