Dünyadan

“Milan” “Atletiko”nun hücumçusunu aldı

Madridin “Atletiko” klubunun hücumçusu Alessio Çerçi karyerasını yenidən İtaliyada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı forvard gələn aydan etibarən “Milan”a keçəcək. 

İtaliya millisinin də şərəfini qoruyan futbolçu bu transferə çox sveindiyini bildirib.

Qeyd edək ki, hücumçu “Torino”dan “Atletiko”ya transfer olunmuşdu və demək olar ki, əsas heyətə düşə bilmirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43