29 İyun 2026
Dünya futbolu

Sabiq “Qalatasaray”lı Meksikada çalışacaq

“Qalatasaray”ın sabiq baş məşqçisi Domenek Torrent Meksikada çalışacaq.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis “San Luis” klubu ilə anlaşıb. O, 2026-cı ilə qədər bu komandaya rəhbərlik edəcək.

Torrent əvvəllər “Barselona”, “Bavariya” və “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43