Azərbaycan I Liqası 26-cı turunda “Şamaxı” səfərdə “Qaradağ Lökbatan”ı məğlub edib (3:2).
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik bu vacib qələbəyə biganə qalmayıb. Belə ki, bölgə təmsilçisinin hər bir üzvünə 500 manat mükafat verilib.
Əgər “Şamaxı” son turda “Araz Saatlı”nı məğlub edib, Premyer Liqaya vəsiqə qazansa, oyunçulara daha böyük məbləğdə “premya” vəd edilib.
Rəhbərlik elitaya yüksəlmə bacarığı göstərən komandanın hər üzvünə 5000 manat pul ödəyəcək.
“Şamaxı” – “Araz Saatlı” matçı mayın 23-də keçirləcək.

