Azərbaycan II Liqasında mübarizə aparan “Şəfa” komandasının rəhbərliyinin dəyişdiyindən xəbərdarsınız. Paytaxt təmsilçisi yeni sponsorla yaxın gələcək üçün ciddi hədəflər bəliləyib.
Hətta komanda növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün AFFA-ya da müraciət edib. Rəhbərlik lazım olan büdcəni göstərsə də, federasiyadan “yox” cavabı alıb.
İdman prinsiplərini əsas göstərən AFFA “Şəfa”nın elita istəyini geri çevirib. Ancaq klub bu iddiasından vaz keçməyəcək. Onlar növbəti mövsüm II Liqa üçün ciddi heyət formalaşdıraraq, I Liqaya vəsiqə qazanmaq niyyətindədir.
Əgər Bakı klubu stadion və büdcə məsələsində AFFA-nı razı sala bilsə, Premyer Liqaya daha erkən vəsiqə əldə edə bilər.
İdmanxeber.az

