“Liverpul” klubu ciddi itki ilə üzləşib.
idmanxeber.com-un məlumatına görə, Liverpul təmsilçisinin yarımmüdafiəçisi Adam Lallana zədələnərək sıradan çıxıb.
Premyer Liqanın son turunda “Lester”lə oyunda dizindən zədə alan futbolçunun durumu ciddidir. 26 yaşlı futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.