Dünyadan

Messidən “Çelsi” mesajı

“Barselona”nın “Real Sosyedad”a 1-0 məğlub olduğu matça sonradan daxil olan Lionel Messinin transfer üçün işarə verdiyi bildirilir .

İdmanxeber.com-un məumatına görə, argentinalı ulduzun cümə günü məşqdə baş məşqçi Luis Enrike ilə mübahisə etdiyi və komandadan ayrılmaq istədiyi söz-söhbətləri başladı .

Bazar ertəsi günkü məşqə narahatlığını bildirərək qatılmayan Messi , “instagram” səhifəsindən “Çelsi” ilə bu komandada forma geyən qapıçı Kurtua və müdafiə Filipe Luisi izləməyə başlayıb.

Bundan başqa Messinin həyat yoldaşı Antonella Rokkuzzo da, “instagram” səhifəsindən “Çelsi”ni izləməyə başlayıb.

Bu olanlardan sonra “Çelsi”nin Lionel Messini 250 milyon avroya transfer edəcəyi söhbətləri daha da artdı .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43