“Xəzər Lənkəran”dan ayrılan Rauf Əliyevin “Neftçi”yə keçəcəyi ilə bağlı xəbər vermişdik.
İdmanxeber.com-a açıqlama verən millimizin forvardı hələ bu keçidin rəsmiləşmədiyini, ancaq artıq xırda detalların qaldığını bildirib:
“Hələ “Neftçi” ilə müqavilə bağlamamışam. Məşqlərdə iştirak edirəm. Yaxın günlərdə məsələ rəsmiləşəcək. Böyük ehtimalla qısamüddətli müqavilə bağlamayacam. Bağlayacağım müqavilənin müddəti bir ildən çox olacaq”.