Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ikinci yoxlama görüşünə çıxacaq.
İdmanxeber.com -un məlumatına görə, “bankirlər” Almaniya təmsilçisi “Energi” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Kottbus klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
“İnter” ilk yoxlama görüşündə Türkiyə aşağı liqa təmsilçilərindən olan “İnegölspor”la üz-üzə gəlmiş və 4:1 hesablı qələbə qazanmışdı.