Bu gün Antalyadakı hazırlığı çərçivəsində Almaniyanın “Kemnitser” klubuna 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənəran”ın baş məşqçisi Elbrus Məmmədov idmanxeber.com-un Antalyaya ezam olunmuş muxbirinin suallarını cavablandırıb:
– Komandanın hazırlığı barədə...
– Əsas olaraq fiziki hazırlıq üstündə işləyirik. Komanda formalaşdırmaq istəyirik.
– Artıq iki yoxlama oyunu keçirmisiz, bu oyunlardan nə nəticə çıxarmısız. Bu nəticələrlə “Xəzər Lənkəran” iddiasını davam etdirə biləcəkmi?
– İşimiz ondan ibarətdir ki, iddiamız itməsin. Çempionatda uğurlu mübarizə aparaq.
– Komanda rəhbərliyin qarşınıza qoyduğu şərtlər nədən ibarətdir?
– May ayının axırına kimi cavan komanda yaratmaq, ondan sonra da daha da güclü kollektiv formalaşdırmaq.
– “Xəzər Lənkəran”da elə bir gənc futbolçular varmı ki, onlar gələcəyin ulduzu olacaq?
– Futbolçularımız hamısı yaxşı çalışır, məşq hamıya eyni keçirilir. İndi qalır onların öz potensialına ki, özlərini göstərsinlər.
– Siz komandanın baş məşqçisi olduqdan sonra hansı futbolçuların klubda qalmasına sevindiniz?
– Qalanların hamısından razıyam. Onlar elə çalışırlar ki, bizim gənc futbolçulara örnəkdirlər.
– Bəs gedən futbolçulardan hansının qalmağını istəyərdiniz?
– Bu suala cavab vermək istəmirəm. 3 ildi bu klubdayam, gedənlərin hamisina böyük hörmətim var.
– Əvəzediciləri qış çempionu etdiz və əsas komandaya baş məşqçi gətirildiniz. Sizin üçün bu ağır yük olmadımı? Çünki azarkeşlər nəticə tələb edəcəklər.
– Azarkeşlərdən sadəcə səbr etmələrini istəyirəm. May ayından sonra tam fərqli komanda görəcəklər.
– Komandadan hər hansı bir mövqeyə transfer gözləmək olarmı?
– Yox, ən azından maya kimi heç bir futbolçu transfer olunmayacaq.
– Komanda hansı cəbhədə mübarizə aparacaq?
– Kubokda irəliləmək istəyirik. Əsas hədəfimiz budur.
Səxavət QURBANOV Antalya