Kateqoriyasız

“Eskişehirspor”un prezidenti: “Azərbaycanlı oyunçuların mübarizəsini bəyəndim” – Müsahibə

Hazırlığlarını Antalyada davam etdirən "Qəbələ" klubu bu gün Türkiyənin "Eskişehirspor" klubu ilə yoxlama oyunu keçirib və 1:3 hesabı ilə məğlub olub. Matçdan sonra "Eskişehirspor"un prezidenti Halil Unal İdmanxeber.com-un Antalyaya ezam olunmuş muxbirinin suallarını cavablandırıb:

-"Qəbələ" klubu barədə fikirləriniz…

– "Qəbələ"ni təbrik edirəm, çox gözəl, sıx oyun oynadılar. Buqədərini gözləmirdim. Orta xətdə çox yaxşıdılar, birinci hissədə hücumçuları da güclü idi. Mən güclü klub hesab edirəm "Qəbələ"ni, amma biraz təcrübəyə ehtiyacları var, oda olunca çox yaxşı oyun sərgiləyəcəklər.

– "Qəbələ"də hansı oyunçular diqqətinizi çəkdi?

– Birinci hissədə 27 nömrəli oyunçu(red. Soltanov Bəxtiyar) çox yaxşı təsir bağışladı. İkinci hissədə isə bir qara dərili futbolçu da gözəl oyun sərgilədi. Amma ümümi götürsək, orta xətdə mübarizə aparan oyunçuların hamısını bəyəndim. Biraz arxa xətdə problemlər var.

– "Eskişehirspor"da bir neçə il öncə Azərbaycan millisinin üzvü Rəşad Sadiqov forma geyinib, amma ondan başqa azərbaycanlı futbolçu transfer etməmisiz. Olar bilərmi ki, gələcək illərdə azərbaycanlı futbolçu transfer edəsiz?

– Əlbətddə. Mən bu gün azərbaycanlı oyunçuların mübarizəsini bəyəndim, mütləq olacaq.

– Olubmu ki, Azərbaycandan futbolçu transfer etmək istəmisiz, amma pul məsələsində razılaşmamısız?

– Biz bir vaxtlar "Qarabağ"dan futbolçu transfer etmək istəyirdik ancaq təmsilçiniz bizə pul oxuduğu üçün bu baş tutmadı. Amma futbolçunun adını dəqiq xatırlamıram.

Səxavət QURBANOV Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43