Ölkə futbolu

Millimizin Türkiyə ilə oyunlar üçün heyətləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Milli mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığı orada keçəcək.

Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.

S AD/SOYAD KLUB
1 Aytac Şərifova Trabzonspor (Türkiyə)
2 Nərgiz Əliyeva KDZ Eregli Spor (Türkiyə)
3 Günay İsmayılova Neftçi
4 Nigar Mirzəliyeva Zenit (Rusiya)
5 Nərgiz Hacıyeva Aktobe (Qazaxıstan)
6 Manə Mollayeva Neftçi
7 Ayşən Əhmədova PAOK (Yunanıstan)
8 Alina Dorofeyeva Yenisey (Rusiya)
9 Diana Məmmədova Yenisey (Rusiya)
10 Fidan Cəfərova Baku Juniors
11 Aysun Əliyeva Neftçi
12 Kamilla Məmmədova Okjetpes (Qazaxıstan)
13 Firəngiz Teymurova Neftçi
14 Jalə Məhsimova Bəylərbəyi Spor (Türkiyə)
15 Yeliz Acar Fatih Vətən (Türkiyə)
16 Peritan Bozdağ Fatih Vətən (Türkiyə)
17 Esra Manya Beşiktaş (Türkiyə)
18 Kristina Bakarandze Qalatasaray (Türkiyə)
19 Coşqunə Əliyeva Neftçi
20 Sevinc Cəfərzadə Eastern Flames (Səudiyyə Ərəbistan)
21 Milana Rəhimova Neftçi
22 Nazlıcan Parlak Qalatasaray (Türkiyə)
23 Vüsalə Seyfəddinova Olimpiada İmittou (Yunanıstan)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43