Dünya futbolu

Ərəblər portuqaliyalı hücumçu üçün 100 milyon verir

“Milan”ın hücumçusu Rafael Leau karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində sözügedən ölkənin “Əl-Hilal” klubu maraqlıdır. Ərəblər oyunçuya qarşılıq “Milan”a 100 milyon ödəməyə hazırdı.

Leanonun müqaviləsində 175 milyon avro qarışılığında sərbəst qalacağı bildirilib.

Portuqaliya millisinin üzvünün “Milan”la sözləşməsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43