Dünya futbolu

Türkiyə millisinin üzvü “Arsenal”a keçir

“Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlu mövsüm sonu komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü Super Liqanın son turunda keçiriləcək “İstanbulspor” görüşündə azarkeşlərlə vidalaşacaq.

Kadıoğlunun “Arsenal” klubuna keçəcəyi təxmin edilir. İstanbul təmsilçisi bu satışdan 20 milyon avro qazanmağı planlaşdırır.

24 yaşlı futbolçu 2018-ci ildən “Fənərbağça”da çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43