Ölkə futbolu

Millinin futbolçusu “Neftçi” ilə anlaşdı

Hazırda Kosovanın “Ballkani” klubunda çıxış edən monteneqrolu oyunçu Edvin Kuç karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu özü açıqlama verib. O, “Neftçi” ilə anlaşdığını bildirib.

Monteneqro millisinin də üzvü olan dayaq yarımmüdafiəçisinin 30 yaşı var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43