Ölkə futbolu

FIFA AFFA-ya xəbərdarlıq etdi – SON DƏQİQƏ!

FIFA AFFA-ya xəbərdarlıq məktubu ünvanlayıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, məktubda ötən gün futbol agentlərinin FIFA lisenziyalaşdırılması üçün keçirilən imtahanda yol verilən nöqsandı. Belə ki, imtahana nəzarəti bir müddət öncə AFFA-dan ayrılan Nurlan Zeynalzadə edib.

İki ay bundan öncəyə kimi AFFA-da FİFA agenti məsələləri üzrə məsul şəxs olan Nurlan Zeynalzadənin imtahana nəzarət etməsi ali futbol qurumu tərəfindən birmənalı qarşılanmayıb. Nurlan Zeynalzadə mart ayının ortalarında AFFA-dakı işindən ayrılıb. Lakin onun dünənki imtahana nəzarət etməsi məqamı FIFA-nın diqqətindən yayınmayıb və AFFA-ya bir daha bu kimi halların olmaması üçün xəbərdarlıq edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43