“Kordoba” klubunun müdafiəçisi Edimar onunla Kriştiano Ronaldo arasında heç bir problem olmadığını bildirib.
İdmanxeber.com-un məlumatına görə, həftəsonu keçirilən “Kordoba” – "Real" matçında Ronaldonun Edimara qarşı etdiyi kobudluqufutbolçu belə şərh edib:
“Ronaldo biraz üzgün idi çünki görüş onun üçün çətin keçirdi. Bu futboldur. Hər birimizin başına gələ bilər belə bir hadisə. Mən Ronaldonu bağışlayıram. Güman edirəm ki, yüngül cəza alar.” – deyə Edimar bildirib.