İdman

Erməni nazir: “Avropa Oyunlarında iştirak etməliyik”

Ermənistanın gənclər və idman naziri Qabriel Kazaryan ölkəsinin Bakıda keçiriləcək I Avropa Oyunlarında təmsil olunmasının vacibliyindən danışıb.

İdmanxeber.com-un  “Report”-a istinadən verdiyi məlumata görə, yerli mətbuatda nazir “Bakı-2015” Avropa Oyunlarında böyük sınaq qarşısında olacaqlarını bildirib.

“Bu il idmançılar, xüsusən də güləşçilər üçün ağır olacaq” deyən Q.Kazaryan ölkəsini təmsil edəcək idmançıların təhlükəsizliyinə zəmanət verildiyini də vurğulayıb: “Şəxsən mən düşünürəm ki, Ermənistan Avropa Oyunlarında iştirak etməlidir. Bütün tərəflər – Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyimizə zəmanət verir. Hazırlıqlarımız davam edir, amma rəsmi qərar bir müddət sonra veriləcək”.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43