Dünyadan

Ronaldonun vurduğu futbolçu: “Mən onu bağışlayıram”

“Kordoba” klubunun müdafiəçisi Edimar onunla Kriştiano Ronaldo arasında heç bir problem olmadığını bildirib.

İdmanxeber.com-un məlumatına görə, həftəsonu keçirilən “Kordoba” – "Real" matçında Ronaldonun Edimara qarşı etdiyi kobudluqufutbolçu belə şərh edib:

“Ronaldo biraz üzgün idi çünki görüş onun üçün çətin keçirdi. Bu futboldur. Hər birimizin başına gələ bilər belə bir hadisə. Mən Ronaldonu bağışlayıram.  Güman edirəm ki, yüngül cəza alar.” – deyə Edimar bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43