Dünya futbolu

PSV-dən 8 qollu qələbə

Erediviziyada 31-ci turun oyunları keçirilir.

İdmanxeber.az məlumat verir ki, lider PSV səfərdə “Herenven”lə qarşılaşıb. Eyndhoven birinci hissədə 5, ikinci hissədə isə daha 3 qol vuraraq 8:0 hesablı qələbə qazanıb.

Bu qələbəylə PSV xalını 84-ə yüksəldib. Komanda növbəti turda da qələbə qazanarsa, çempionluğunu elan edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43