Azərbaycan premyer Liqasının 19-cu turunda AZAL-ın qonağı olacaq "Neftçi" klubu, bu görüşə itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, "ağ-qaralar"ın aparıcı futbolçularından olan Flavinyo və Karlos Kardoso bu matçı buraxmalı olacaqlar. Buna səbəb isə brazilyalıların sarı vərəqə limitini doldurmasıdır.
Qeyd edək ki, AZAL – "Neftçi" matçı 31 yanvar saat 16:00-da start götürəcək.