“Sumqayıt” klubu növbəti transferini həyata keçirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda son olaraq “Bakı”nın şərəfini qorumuş Mikayıl Rəhimovu heyətinə qatıb.
Sumqayıt futbolunun yetirməsi olan 27 yaşlı futbolçu klubla 1,5 illik müqavilə imzalayıb.
M.Rəhimov “Sumqayıt”da 6 nömrəli formanı geyinəcək.