Kateqoriyasız

“Qarabağ” Polşa çempionunu cavabsız qollarla məğlub etdi- YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri Polşa çempionu "Legiya" ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" bundan öncəki yoxlama oyunlarında Xorvatiya "Split"i (1:3), İsveçrə "Sürix"i (1:1) və Bolqarıstan "Levski"si (0:3) ilə qarşılaşmışdı.

Yoxlama oyunu

27 yanvar

16:00. "Qarabağ" – "Legiya" 2:0

Qollar: Reynaldo, 67 (1:0), Cavid Tağıyev, 82 (2:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43