İdman

Nadaldan Madriddə növbəti qələbə

Tennis üzrə Madriddə “Masters” turniri keçirilir.

İdmanxeber.az məlumat verir ki, Rafael Nadal 2-ci turda Barselonada məğlub olduğu Aleks de Minaurla qarşılaşıb. Rafa bu dəfə rəqibini məğlub etməyi bacarıb – 7:6, 6:3.

Nadal 3-cü turda argentinalı Pedro Kaçinlə qarşılşacaq.

Turnirin əsas favoritlərindən olan Karlos Alkaras isə Aleksander Şevçenkonu məğlub edərək yoluna davam edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43