Ölkə futbolu

Tsxadadze: “Amma nəticə olaraq özümüzü “öldürmüş” olduq“

– Danışmaq çox çətindir. Qol imkanlarımızı dəyərləndirə bilmədik. Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik.

İdmanxeber.az məlumat verir ki, bu sözləri bu gün keçirilən “Qəbələ” – “Kəpəz” (0:1) görüşündən sonra keçirilən mətbuat konfrasında ev sahibi komandanın baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcüstanlı mütəxəssis gələcəklə bağlı planlarınız nədir sualını belə cavablandırıb:

– Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə… İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü “öldürmüş” olduq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43